Reseptlərə

Şirniyyatlar

 

AzeriFood.com

Qaranquş yuvası

 

3 əd yumurta

1 st. (230 gr) şəkər

1 st. (130 gr) qoz

3-4 x.q. un

 

Yumurtanın ağı sarısından ayrılır və ağı soyuducuya qoyulur.

 

Yumurtanın sarısına hissə-hissə unu əlavə edib bərk xəmir yoğurun. Asan olmaq üçün mən xəmiri hissələrə bölürəm. Xəmiri çox nazik yayıb əriştə sayağı doğrayın.

 

 

Əriştəni listə yığıb 200 grş Selsiyada qəhvəyi-qızılı rəngədək bişirin.

 

Qozu qovurun, qovrulmamışda istifadə etmək olar, amma qovrulmuş daha xoşdur. Qozu xırdalayın (döyülməmiş qara istiot böyüklüyədək).

 

Yumurtanın ağını soyuducudan çıxarıb çalın (necə ki beze üçün ounur, bərk), yavaş-yavaş şəkər əlavə edin. Çalınmış yumurta ağının üstünə hazırlanmış əriştəni (əllərlə əzmək) və qozu əlavə edin. Qaşıqla qarışdırın və iki qaşıqla kütlədən gətirib listin üstünə qoyun. 90 gr. Selyiya 2 saat ərzində bişirin.

 

 

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com