Umac halvası
Umac halvası

80 gr un
100 gr kərə yağı
100 ml su
100 gr şəkər
1 çay qaşığı bal
Bir az duz
Bir-iki saplaq zəfəran
Tavada yaği əridməg və buna un kütləsini əlavə etmək. Yaranmış kütləni orta alovda qızılı rəng alınanacaq qovurmaq.
İndi isə çox məsuliyyətli bir mərhələ başlayır. Tavanı alovun üstündən qırağa cəkib, şəkər şirəsini kütlənin üstünə hissə-hissə əlavə etmək lazımdır. Ehtiyatlı olmaq lazımdır, çünki kütlə fışıldayır. Arası kəsilmədən qarışdırmaq və dayaz dessert boşqablara tökmək. Bu halvanın üstünə bəzək lazım deyil, çünki üstü hamar deyil.
Azərbaycanın qərb zonasında halvanı umacdan hazırlayirlar. Umac halvası yuxarıda göstərildiyi kimi, ancaq un əvəzinə, əvvəlcədən ovulmuş umacdan hazırlanır. Bir cox rayonlarda hazır halvanın üzərinə darçın səpirlər. Halva mərasim yeməyi olsa da, bütün variantları sınaqdan keçirib dadına baxmaqdan çəkinməyin.
Nuş olsun!