Azərbaycansayağı qoyun ətinin qızartması
Azərbaycansayağı qoyun ətinin qızartması
4×4 sm yağlı qoyun əti parçaları
2 badımcan
4-5 Kartof
6-7 Xırdalanmış ya da ki tam pomidor
Əti yuyub qazanın içinə qoyun və üstünə su tökün (çox yox, su ətin üstünə qədər olmalıdır). Duz əlavə edibqazanı odun üstünə qoyun. Kəfi yığın. Qapağı qpyub, odu azaldın. Ət bişməlidir. Su buxarlanıb qazanda yalnız ətin yağı qalmalıdır. Əti öz yağında qızardın.
Xırdalanmış pomidoru duz qatıb tavada bişirin. Pomidorun suyu buxarlanıb yalnız “əti” qalmalıdır. Qızarılmış ətin yağını pomidorun üstünə töküb qızardın, yağ pomidordan qırmızı olmalıdır və pomidorla bir kütləyə çevrilməlidir.
Kartofu kubiklara doğrayıb qizardin. Süfrəyə boşqabda tərəvəzlə, təzə göyərti, şoraba ilə və ya çiy qırmızı soğanla verin.
Nuş olsun!