Şüyüd plov
Şüyüd plov
(4 nəfərə)
Düyü – 4 fincan (125 ml-lik fincan)
Su
Xırdalanmış (quru ya təzə) şüyüd
Təzə yaşıl böyük paxla
Duz
Yağ
Zəfəran
Plovun hazırlanması mən artıq açıqlamışam. Şüyüd plov adi plov kimi hazırlanır. Düyü hazır olan kimi suya paxlanı atıb qarışdırın. Düyü və paxlanı aşsüzənə tökün. Sonra düyü və paxlanə qazana töküb şüyüdü əlavə edin və yaxşıca qarışdırın.
Qapaqla bağlayıb dəmə qoyun. 10 dəq. sonra düyünün üstünə hazırlanmış zəfəranı töküb düyünün bişirilməsini davam edin. Plov onda hazırdır ki, düyülər dik olsun.
Şüyüd plova qızarılmış balıq və ya doldurulmuş bud verilir.
Nuş olsun!