Parça döşəmə
Parça döşəmə
Qoyun əti (hər adama bir böyük tikə)
İran xurması
Şabalıd
Kişmiş
Kuraqa
Düyü
Ərinmiş yağ
Duz
Zəfəran
Əti yarıbişmiş hazırlayın.
Quru meyvəni yuyub iki dəq. qaynar su üstünə tökün. Şabalıdı əvvəlcədən hazırlayın, eyniliklə düyünü.
Qazanın dibinə yağ töküb qazmaq üçün xəmir qoyun. Xəmirin üstünə 1-2 sm yarıbişmiş düyü tökün, onun üstünə ət tikələrini və meyvə şabalıd qarışığı yerləşdirin.
Bunların üstünü tənziflə ya da nimçəylə örtün, quru meyvə düyüylə qarışmamaq üçün.
Onların üstünə qalan düyü tökülür. Düyünün üstünə ¼ stəkan su və əridilmiş yağ tökülür. Deşiğ edib tənzifə və ya dəsmala bükülmüş qapağı qoyun. Zəif odun üstünə dəmə qoyun (mənda bu 3-4 saat vaxt apardı, çünki qazanın dibinə ət döşənmişdi). 5-10 dəq. sonra qapağı açıb zəfəranı düyünün üstünə töküb və yenə qapaqla örtün.
Düyünü iri boşqaba (bljuda) çəkib qazmaqla bəzəyin. Ət və quru meyvə ayrı boşqablara yığılır.
Nuş olsun!