Tikə kabab
Tikə kabab
Qoyun əti – tikələrlə, olar qabırğacıq
Baş soğan
Narşərab
Göyərti
Duz, istiot
Əti yuyub 50 gr tikələrə doğrayın. Qazana lay-lay əti yığıb üstünə duz, istiot tökmək və həlqəvi soğan üstünə yığmaq. Axşamdan soyuducuda saxlamaq. Sabahsı əti şişə çəkin. Amma soğanı tullamayın, ayrıca bir qaba yığıb, kənara qoyun. Manqalı yandırın, kömür qızarmalıdır, ətlə şişləri manqala qoyub qızardın.
Manqalda alov qalxsa, onu duzlu su ilə yatırdın. 0,5 saata kabab bişəcək.
Süfrəyə kabab boşqabda verilir, baş soğan, pomidor və narşarabla. Olar təzə göyərti ilə üstünü bəzəmək.
Nuş olsun!