Lülə kabab
Lülə kabab
Qoyun əti (qoyunvə mal ətindən qiymə də olar 50:50) 500 gr.
Baş soğan – 150 gr.
Qoyun quyruğu – 100 gr
Duz, istiot
Sumax
Lavaş
500 gr qiyməyə 150 gr soğan olmalıdır. Bu nisbəti qözləmək lazımdır, əks halda lülə şişdə saxlanmayır. Qiyməni yaxşi qarışdırın, 4-5 saatlıq soyuq yerdə saxlayın.
15-20 dəq əvvəldən qiymə soyuducudan çixarılır və yenə yaxşı qarışdırılır. Qiymə əllə gətirilir və şişin üstünə sarılır. Biz lüləni sapla da bağlayırıq, amma süfrəyə verilməmiş sap açılır. Sap yanmayır (qəribədir, hə?). Manqalda (qrildə) qızardılır. Bir məqam çox vacibdir: od alovlananda onu əvvəlcədən hazırlanmış duzlu su ilə söndürün.
Sufrəyə lülə lavaşın arasında verilir. Üstünə sumax tökmək də olar.
Nuş olsun!