Çiyələk mürəbbəsi
Çiyələk mürəbbəsi
1 kq çiyələk
1 kq şəkər
2-3 yemək qaşığı su – əgər çiyələk qurudur
Çiyələylər eyni dərəcədə yetişmiş, əsasən eyni ölçüdə olmalıdırlar. Giləmeyvəni yuyub ehtiyatla bəndəmindən ayırın. Qazana qoyub üstünə şəkər tökün. 5-8 saatlıq saxlayın. Qazanı bir neçə dəfə silkələyin, şəkər giləmeyvə arasında bərabər bölüşdürülməlidir. 5-8 saatdan sonra əgər çiyələk öz şirəsini buraxmayıbsa, suyu əlavə edib, odun üstünə qoyun. Şəkər əriməlidir və qaynamalıdır. Qaynayan kimi odun üstündən gətirib soyudun. Yenə odun üstünə qoyub qaynadın və soyudun. Bir neçə dəfə bunu təkrar edin. Təkrar edilməsi şiyələyin yetişməsindən asılıdır. Adətən mənə 2 dəfəyə qaynatmaq lazımdır. Mürəbbənin şirəsi bərkiməlidir. Nəticə belə alındı.
Nuş olsun!