Reyhan şərbəti
Reyhan içkisi
2 l su
100 gr. qırmızı yarpaqlı reyhan
150-200 gr. Şəkər
0,5-1 çay qaşığı Limon turşusu
Reyhanı yuyub qazanım dibinə yığın. Limon turşusu və ya limon şirəsi sıxın. Əlinizlə reyhanı bir az əzin. Qapaqla qazanı bağlayıb 20-30 dəq. saxlayın.
Sonra 500 ml qaynar su üstünə töküb, 10 dəq. saxlayın.
1,5 l suyu qazana töküb qaynadın. Qaynayandan sonra şəkər əlavə edin və bir neçə dəqiqə yenə qaynadın.
Soyuyandan sonra reyhanın yarpaqlarını yığıb içkini süzün.
Nuş olsun!