Şəkərbura
Şəkərbura
(50 ədəd)
Xəmir:
Un 1 kg
Yağ 500 gr
Yumurta 5 sarısı
Xama (smetan) 250 gr
İç:
Badam, qoz ya da fındıq – əvvəldən təmizlənmiş, qovrulmuş sürtgəcli maşından keçirilib
1/1.ə nisbətində şəkərlə qarışdırılmış – 600 gr
Kardomon
Unu yağla döyün qum zərrəsi alınanadək (kiç olmamalıdır), sonra xama, yumurta sarısını əlavə edərək xəmiri yığın.
Xəmiri soyuqa qoyun, səhər bişirməyə başlayın. Xəmir soyuducuda saxlanılır, bir-bir soyuducudan çıxarılır. Xəmiri 60 gr kündələrə bölün (50 d). Kündələr 10-12 sm diametrlik dairələrə yayılır (təxminən kofe üçün kiçik nəlbəkidək). Mən təxminən gözü yarı edirəm.
Bu dairələrin arasına iç qoyulub, dairəni qıraqları bir-biriylə bərk yapışdırılır və kanar tərəfdən vintvarı bükülür.
Sonra şəkərburanın üzərinə maqqaşla müxtəlif naxışlar vurulur. Bu naxış – milli azərbaycan naxışıdır və cinahi adlanır.
Üstünə heç bir tökmədən 165 gr. Selsiyada 20-30 dəq bişirirsiz.
Nuş olsun!