AZ
Azərbaycan mətbəxi
Ben yanmasam,
sen yanmasan,
biz yanmasak,
nasıl çıkar karanlıklar aydınlığa…
Mən Nazım Hikmətin bu sözləri ilə Sizi sayta dəvət edirəm. Bizim məqsədimiz – azərbaycan mətbəxinin təbliğidir. Burada təklif olunan reseptlər kitablardan deyil, bunlar nəsildən nəslə ötürülən məsləhətlərdir. Burada nə görürsünüzsə – mənim və dostlarımın əlləri ilə hazırlanıb. Hər bir kəsin öz fərqli hazırlama üsulları var.
Saytı mən nənəm – Muradəliyeva Şükufә Əbdül-Manaf qızının (14.04.1917-13.09.2006) xatirəsinə həsr edirəm, çünki bu günə kimi mən məhz onun üsul və məsləhətlərindən istifadə edirəm.
Eyni zamanda mən dostlarıma təşəkkürümü bildirmək istəyirəm: Aygün,, Həsənova Nailə (Azərbaycan), İbrahimov Qurban (Almaniya), Teymurov Siyavuş (Azərbaycan). Sağ olun göstərdiyiniz köməyə görə.
Səhifəmin azəri dilində də olmasına görə sevimli xalama Muradəliyeva Elmira Böyük-Ağa qızına təşəkkür etmək istəyirəm. Mənim əziz xalam, mən sənə çox minnətdaram! Allah səni bizə çox görməsin!
Bu sözləri yazarkən anama, Muradəliyeva Şərqiyyə Böyük-Ağa qızına da mənim həyatımda varlığı üçün, mənə və uşaqlarıma dəstək və dayaq olduğu üçün sonsuz minnətdarlığımı bildirirəm. Oğullarim Elşən və Elin isə həmişə mənə güc, qüvvət və dəstək verənlər olub.
Sonda xatırlatmaq istəyirəm ki, səhifə daima yeni reseptlərlə genişlənəcək.
Azərbaycana xoş gəlmisiniz!
Hörmətlə,
Güllü Cahangir (Danimarka-İsveç)
posted by Tunzala on 14. december 2015
Salam evveler sizin websitinizda balli tortun resepti var idi. Indi ise gormurem. Eger mumkundurse o recepti bir daha elave edin
chox sagol dadli receptlere gore
Tunzala
posted by gumkadj on 15. december 2015
Salam Tünzale xanim. Hele indi de var, amma rus dilindedir. Resepti burada:
http://www.azerifood.com/?page_id=3190
posted by Rashid on 13. marts 2021
Very good site!
posted by Gullu Djangirova on 14. marts 2021
Well… Thank you! 🙂