Duru xörəklər və şorbalar

Mənim kiçik oğlum şorbaları çox xoşlayır. Mən onunçün tez-tez yüngül şorbalar hazırlayıram və oğlumun iştahla yeməyindən zövq alıram. Azərbaycan mətbəxində müxtəlif şorbalar mövcuddur: xəmirdən, qatıqdan, ətdən ya da toyuqdan. Bəzi şorbalar özündə həm duru, həm də quru xörəyi birləşdirir. Əvvəl xörəyin duru hissəsi, sonra isə ət, kartof və c. ayrıca quru xörək kimi yeyilir . Bu – qeyri adidir, doğrudurmu?


